26 noyabr 2022-ci il saat 11.00-da “Yevlax Nəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. ASC-nin idarəetmə orqanlarının 2021-ci ilə dair maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. İllik hesabatların təsdiq edilməsi.
3 Təşkilati məsələ: ASC-nin idarəetmə orqanlarının seçilməsi.
4. Yaranmış maddi çətinliklərlə əlaqədar ASC-nin ləğv edilməsi barədə.
Ümumi yığıncağın gündəliyinə aid materiallarla tanış olmaq üçün iş günləri ASC rəhbərliyinə müraciət etmək olar. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Nəzərinizə çatdırırıq ki, ASC uzun müddətdir fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir. Bu barədə keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsindən müvafiq rəsmi sənəd vardır.
Ünvan – Yevlax rayonu, Aran qəsəbəsi, ASC-nin inzibati binasıdır.