21 C
Baku
Friday, October 11, 2024

Türkiyə 2023-cü ildən hoteldə qalmağa görə əlavə vergi tutacaq

Türkiyədə 2023-cü il yanvarın 1-dən yeni qanun qüvvəyə minəcək, ona əsasən hotellərdə, qonaq evlərində və digər turistlərin yerləşdiyi digər məkanlarda qalmağa görə əlavə verdi tutulacaq.

 Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.

 “Bu qanunun qüvvəyə minməsi iki il əvvəl təxirə salınmışdı, lakin 2023-cü ilin yanvarında qüvvəyə minməsi ərəfəsində vergi idarəsi sənədin təfərrüatlarını özündə əks etdirən kommunike layihəsi hazırlayıb. Belə ki, yanvarın 1-dən hotel, motel, qonaq evləri, istirahət kəndləri, pansionatlar, termal istirahət mərkəzləri və düşərgələrdə bütün xidmətlərin dəyərinin 2%-i məbləğində rüsum alınacaq”, – mesajda deyilir.

 Qeyd olunur ki, verginin tutulma mexanizmi hələ müəyyən edilməyib. Mütəşəkkil turistlər onu yəqin ki, tur alarkən ödəyəcəklər. Portalın aydınlaşdırdığı kimi, yerləşdirmə obyektindən kənarda göstərilən xidmətlər, məsələn, ekskursiyalar, müşayiətlər üçün vergi tutulmadan hesab-faktura veriləcək. 

Son xəbərlər
Digər xəbərlər