BMT-nin İranın kamikadze pilotsuz təyyarələrindən istifadə edilib-edilmədiyini yoxlamaq üçün Ukraynaya ekspertlər göndərməsi yolverilməzdir. Bu olacağı təqdirdə, BMT-nin baş katibi Antonio Quterreşlə əməkdaşlığa yenidən baxılmalı olacaq.
Bunu Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski deyib.
“BMT qanunsuz istintaqdan çəkinməlidir. Əks halda, biz onlarla əməkdaşlığımızı yenidən nəzərdən keçirməli olacağıq, bu isə heç kimin maraqlarına uyğun gəlmir. Biz bunu etmək istəmirik, lakin başqa çıxış yolu da olmayacaq”, – Polyanski deyib.