3 C
Baku
Saturday, December 14, 2024

Medvedev: “Rusiyada tankdan tutmuş dronlara qədər istehsal artır”

Rusiyada tankdan tutmuş dronlara qədər bütün silah və hərbi texnikanın istehsalı artır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev bildirib.

“Düşmən analitikasını oxuyarkən, Rusiyada tələb olunan hərbi texnika və silahların tezliklə tükənəcəyi ilə bağlı açıqlamalara dəfələrlə rast gəlmişəm. Guya hər şey xərclənib. Ümid etməyin!

Silahların və xüsusi texnikanın istehsalı bütün istiqamətlərdə artır: tanklardan və silahlardan tutmuş yüksək dəqiqlikli raketlərə və dronlara qədər. Gözləyin!”, deyə Medvedev “Telegram” kanalında yazıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər