9 C
Baku
Thursday, December 12, 2024

“Sanksiyalar “Lukoyl”un ölkədəki layihələrinə təsir etməyib” – Nazir müavini

“Sanksiyalar və siyasi vəziyyət Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycanda iştirakı ilə həyata keçirilən neft-qaz layihələrinə, o cümlədən “Şahdəniz” yatağının işlənməsində iştirakına təsir etməyib”.

Bunu jurnalistlərə ölkənin energetika nazirinin müavini Elnur Soltanov deyib.

“Onlar (Lukoyl) əvvəldən buradadırlar və bütün sanksiyalara baxmayaraq, iştirak etməkdə davam edirlər. Bu mənada mən “Lukoyl” üçün heç bir problem görmürəm”, o, Verona Avrasiya İqtisadi Forumunun kuluarlarında deyib.

Nazir müavini qeyd edib ki, “Lukoyl”un iştirak etdiyi “Şahdəniz” layihəsindən əldə olunan qaz Avropa istehlakçıları üçün çox vacibdir və İrana qarşı sanksiyalar tətbiq olunan zaman layihə üçün istisnalar edilib. Eyni zamanda, layihənin iştirakçılarından biri də İranın NICO şirkətidir ki, onun üçün ondan gəlir yatırmaqda yalnız müəyyən məhdudiyyətlər var idi”- o qeyd edib.

“Mən “Lukoyl”un problem yaşayacağını düşünmürəm. Sanksiyalar olsa belə, hesab edirəm ki, istisnalar olacaq”, – deyə nazir müavini bildirib.

Şahdəniz qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakı şəhərindən 70 km cənub-şərqdə yerləşir. Layihə hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilir. Layihənin iştirakçıları BP, SOCAR, TPAO, NICO-dur. “Lukoyl”un payı 19,99% təşkil edir.

Yataq Cənub Qaz Dəhlizi – Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə Bakıdan İtaliyanın cənubuna qədər uzunluğu 3,5 min km olan inteqrasiya olunmuş boru kəməri sistemi vasitəsilə nəql üçün əsas qaz mənbələrindən biri hesab olunur. Onun gücü ildə 16 milyard kubmetrdir.

Son xəbərlər
Digər xəbərlər