2022-ci ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda avtobus və taksi sərnişinlərinin sayı açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə avtobusdan istifadə edənlərin sayı 1 milyard 76 milyon 552.3 min, taksidən istifadə edənlərin sayı isə 68 milyon 467.3 min olub.
Komitənin hesabatına əsasən, avtobus sərnişinlərinin sayı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 30.2% artıb. Taksi istifadəçilərinin sayı isə 7.7% azalıb.