“Daşınmaz Əmlak Trendləri – Avropa 2023” hesabatında Avropada ən yüksək investisiya potensialına malik 30 şəhər açıqlanıb. PwC və Urban Land Institute (ULI) əməkdaşlığı çərçivəsində hazırlanan hesabatı Habertürk paylaşıb. 20 Avropa ölkəsindən 844 iştirakçı ilə aparılan müsahibələr və sorğular əsasında formalaşan builki hesabatda London investisiya və inkişaf gözləntilərinə görə şəhər reytinqlərində birinciliyini qoruyub. Keçən il olduğu kimi, London başda ofis və logistika imkanları nəzərə alınmaqla, Avropanın ən çox seçilən şəhəri olub. İkinci yeri isə Paris Berlinin “əlindən alıb”. Türkiyəni təmsil edən yeganə şəhər olan İstanbul Avropanın 30 şəhəri siyahısında 29-cu yeri tutub. 2008-2014-cü illərdə investisiya potensialı siyahısında İstanbul üst sıralarda yer alırdı, hətta 2012-ci ildə siyahıya başçılıq edirdi. Son illərdə isə aşağı pillələrdə yer alır.
Banker.az yüksək investisiya potensialı olan 30 Avropa şəhərinin siyahısını təqdim edir:
- 🏴London
- 🇫🇷Paris
- 🇩🇪Berlin
- 🇪🇸Madrid
- 🇩🇪Münhen
- 🇳🇱Amsterdam
- 🇩🇪Frankfurt
- 🇩🇪Hamburq
- 🇪🇸Barselona
- 🇮🇹Milan
- 🇵🇹Lissabon
- 🇦🇹Vyana
- 🇮🇪Dublin
- 🇩🇰Kopenhagen
- 🇧🇪Brüssel
- 🇵🇱Varşava
- 🇨🇭Sürix
- 🏴Mançester
- 🇸🇪Stokholm
- 🇱🇺Lüksemburq
- 🇮🇹Roma
- 🏴Birminqham
- 🇬🇷Afina
- 🇫🇷Lion
- 🇫🇮Helsinki
- 🏴Edinburq
- 🇨🇿Praqa
- 🇭🇺Budapeşt
- 🇹🇷İstanbul
- 🇳🇴Oslo.