Belarus Prezidenti Aleksandr Lukaşenko yeni xarici işlər naziri təyin edib.
Bu barədə bu gün Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Belarusun xarici işlər naziri postuna Sergey Aleynik təyin olunub.
Qeyd edək ki, əvvəlki nazir Vladimir Makey noyabrın 26-da qəfil vəfat edib.