10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə yanvarın 1-dən 2% yaşayış vergisi tətbiq edəcək

Türkiyə yanvarın 1-dən etibarən turistlərdən yaşamağa görə xidmətlərin dəyərinin 2%-i həcmində vergi tutacaq. Həmçinin qeyd olunur ki, tələbələrdən yataqxanada və düşərgələrdə yaşamağa görə vergi tutulmayacaq. Eyni zamanda, xarici dövlətlərin Türkiyədəki diplomatik personalı da yaşayış vergisindən azaddır.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Mehmanxanalarda, kurort kəndlərində, butik otellərdə, motellərdə, pansionatlarda, kəndlərdə, dağlıq evlərdə və düşərgələrdə qalanlardan yaşayış vergisi tutulacaq”, – mesajda deyilir.

Hazırda yeni turist vergisinin necə tutulacağı ilə bağlı birmənalı qərar yoxdur. Bəzi operatorlar hesab edir ki, qiymət artıq tur paketinə daxil ediləcək.

Son xəbərlər
Digər xəbərlər