Avropa Mərkəzi Bankı (ECB) uçot faiz dərəcəsini növbəti dəfə artırmaqla 2.50%-ə çatdırıb.
Bu barədə Banker.az mərkəzi bankın rəsmi açıqlamasına istinad edir.
ECB iqtisadçıların gözlədiyi kimi 50 baza bəndi (0.50% faiz bəndi) artırmış olub.
Beləliklə, uçot faiz dərəcəsi 2022-ci ilin iyulundakı 0.00%-dən 250 bənd yuxarı qaldırılıb.
ECB uçot faiz dərəcəsinin aşağı həddini 1.50%-dən 2.00%-ə, yuxarı həddini isə 2.25%-dən 2.75%-ə qaldırıb.
Tarix | Aktual | Proqnoz | Əvvəlki | |
15.12.2022) | 2,50% | 2,50% | 2,00% | |
27.10.2022 | 2,00% | 2,00% | 1,25% | |
08.09.2022 | 1,25% | 1,25% | 0,50% | |
21.07.2022 | 0,50% | 0,25% | 0,00% | |
09.06.2022 | 0,00% | 0,00% | 0,00% | |
14.04.2022 | 0,00% | 0,00% | 0,00% |