2022-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 356.1 min nəfər olmuş, onlardan 5 milyon 054.6 min nəfərini məşğul əhali təşkil edib.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Beləliklə, işsizlərin sayı daha 400 nəfər ətrafında azalmaqla 301.5 nəfərə düşüb ki, bu da ölkədə işsizlik səviyyəssinin 5.63 faiz olması deməkdir. Bu ilin əvvəlində 5.95%, bir ay öncə isə 5.64% təşkil edirdi.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs.
DSK deyir ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 729.3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 900.4 min nəfər, qeyri-dövlət sektorunda isə 828.9 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 697.6 min nəfər çalışıb.
2022-ci il noyabr ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı (min nəfər) |
|||
İqtisadi fəaliyyət növləri | Cəmi | O cümlədən | |
dövlət | qeyri-dövlət | ||
Ölkə üzrə – cəmi | 1,729.3 | 900.4 | 828.9 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 62.8 | 25.3 | 37.5 |
Mədənçıxarma sənayesi | 33.1 | 11.6 | 21.5 |
Emal sənayesi | 129.4 | 17.2 | 112.2 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 26.1 | 25.6 | 0.5 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 33.3 | 30.2 | 3.1 |
Tikinti | 126.6 | 25.7 | 100.9 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 321.2 | 2.3 | 318.9 |
Nəqliyyat və anbar təsərrüfatı | 74.1 | 43.8 | 30.3 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 33.3 | 1.4 | 31.9 |
İnformasiya və rabitə | 31.1 | 14.1 | 17.0 |
Maliyyə və sığorta fəaliyyəti | 34.3 | 6.8 | 27.5 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 17.0 | 5.5 | 11.5 |
Peşə, elmi və texniki fəaliyyət | 60.0 | 31.2 | 28.8 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 87.5 | 66.5 | 21.0 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 111.8 | 106.3 | 5.5 |
Təhsil | 332.6 | 318.8 | 13.8 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 141.4 | 116.6 | 24.8 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 53.6 | 48.7 | 4.9 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 20.1 | 2.8 | 17.3 |