İşğaldan azad edilmiş ərazilərdə qış turizm kompleksinin tikintisi müzakirə edilir.
Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.
O bildirib ki, azad edilmiş ərazilərin coğrafiyası və təbiəti bu ərazidə qış turizm kompleksinin tikintisinə imkan verir, xüsusi ilə Kəlbəcərdə bu işlər görülə bilər.
“Bununla bağlı təkliflər var və müzakirələr aparılır”, – Agentlik rəsmisi qeyd edib.