Hotellərin qiymətlərini dövlət tənzimləmir.
Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.
O bildirib ki, qiyməti bazar müəyyənləşdirir. Tələb artdıqca qiymətdə yüksəlir. Bayram yaxınlaşdıqca digər sahələrdə olduğu kimi turizm sektorunda da qiymətlər yüksəlir:
“Məsələn, dünən Şahdağda 75 % tutum var idi, baxmayaraq ki, mövsüm təzə başlayıb.
Artıq Şahdağ turizm mərkəzində mart ayına qədər yerlərin əksəriyyəti bron edilib”.