“Turizm sektorunda subsidiyaların tətbiqini düşünürük”.
Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.
O bildirib ki, subsidiyaların müxtəlif növləri var.
“Məsələn, aviaşirkətlərə geri dönüşlər edilir. Bəzi ölkələrdə hotel tikən biznesmenlərə hər nömrəyə görə ödənişlər edilir. Bu məsələ ilə bağlı biz də müzakirələr aparırıq”, – K.Quluzadə qeyd edib.