6 C
Baku
Sunday, December 15, 2024

Moskva birjası 2023-cü ildə Azərbaycan manatı ilə ticarətə başlamağı planlaşdırır

Moskva birjası 2023-c ildə Azərbaycan manatı ilə ticarətə başlamaq imkanını nəzərdən keçirir. Bu barədə Moskva birjasının Biznesin inkişafı departamentinin icraçı direktoru Kirill Pestov məlumat verib.

“Biz 10-a yaxın valyuta cütlüyünü nəzərdən keçiririk, o cümlədən BƏƏ dirhəmi, Azərbaycan manatı, Misir funtu, bunlar ölkəmizin böyük xarici ticarət tərəfdaşlarıdır. Digər valyutaların işə salınması və inkişaf potensialını öyrənəcəyik, tənzimləyicilər və bazar iştirakçıları tərəfindən maraq var”, – o jurnalistlərə bildirib.

Birja 2022-ci ildə beş yeni valyuta ilə ticarətə başlayıb: Ermənistan dramı, Cənubi Afrika randı, Özbəkistan somu, Qırğızıstan somu və Tacikistan somonisi

Son xəbərlər
Digər xəbərlər