Türkiyə və Suriya arasında danışıqlar terrorlar mübarizəyə əngəl deyil.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“ABŞ və bəzi Avropa ölkələri görüşlərə qarşıdır. PKK/YPG-ni dəstəkləyənlər dialoqa qarşıdır”, – nazir əlavə edib.
O, Suriya ilə ikinci təmasın nə zaman olacağı barədə suala da cavab verib.
“Xarici işlər naziri arasında təmaslar üçün yanvar erkən bir tarixdir”, – Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, ötən gün Moskvada Rusiya-Türkiyə-Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə adları çəkilən ölkələrin kəşfiyyat rəhbərləri də iştirak edib.