7 C
Baku
Thursday, December 12, 2024

Bu il devalvasiya olacaqmı? – deputatdan açıqlama

2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi və ya “Bu il devalvasiya olacaqmı?” son günlər ən çox ünvanlanan suallardandır.  Banker.az xəbər verir ki, bunu Milli Məclisin depuatatı Vüqar Bayramov bildirir.

Bu il üçün Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib. Bununla yanaşı, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna edilmir.

Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb. Brent markalı neftin bir barelinin qiyməti 80 dollardan ucuz təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8.0 faizdən çox dəyər itirib.

“Bu neft ixracatçı ölkələrin valyuta gəlirləri baxımdan arzuolunan deyil” deyə, Vüqar Bayramov qeyd edir.

2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVİD-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. Böyük Yeddiliyinin (G7) Rusiya neftinə “qiymət tavanı” müəyyənləşdirməsi isə nefin qiymətində artımları xeyili dərəcədə məhduddlaşdırır.

Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda ARDNF- Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.

V.Bayramov əlavə edir ki, bu da manatın məzənnəsi baxımından vacib hesab olunur. İqtisadçı deputat, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biri kimi nəzərə alınmasını vurğulayır

“Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya (red- müdaxilə) etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Son xəbərlər
Digər xəbərlər