5 C
Baku
Saturday, December 14, 2024

İndoneziyada milli kriptovalyuta birjası işə başlayacaq

İndoneziya hökuməti maliyyə sektorunda islahatlar çərçivəsində milli kriptovalyuta birjasını işə salmağı planlaşdırır.

Məlumata görə, ölkədə kriptovalyutaların dövriyyəsinə nəzarət səlahiyyətləri yeni tənzimləyiciyə keçməzdən əvvəl layihə 2023-cü ildə tamamlanmalıdır.

Hal-hazırda İndoneziyada kripto aktivlərinin tənzimlənməsinə yerli Əmtəə Fyuçers Ticarətini Tənzimləmə Agentliyi (BAPPEBTI) cavabdehdir. Agentliyin nümayəndəsinin sözlərinə görə, qarşıdakı iki il ərzində Maliyyə Xidmətləri Təşkilatı (FSA) kriptovalyutalara nəzarəti öz üzərinə götürəcək. Tənzimləyicilər səlahiyyətlərini dəyişdirən zaman milli kriptovalyuta birjası artıq işləməlidir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər