14 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti 750 dolları ötüb

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 750 ABŞ dollarını ötüb.

Banker.az xəbər verir ki, 5 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 754.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (712.7 dollar) ilə müqayisədə 5.9% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər