Dövlət Turizm Agentliyi “Azexpomontage” MMC ilə 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən 2023-cü ilin 8-11 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 93 037 manatdır.
2-ci müqavilədə isə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən 2023-cü ilin 14-15 fevral tarixlərində İsrailin Tel-Əviv şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin dəyəri isə 361 641 manatdır.