Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxs barəsində açılan cinayət işləri məlum olub.
Səfirliyimizə terror hücumu edən şəxs barəsində iki maddı üzrə cinayət işi başlanılıb.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian açıqlayıb.
O bildirib ki, həmin şəxsə barəsində “silah daşımaq” və “diplomatın qətlə yetirilməsi” maddələri üzrə cinayət işləri açılıb. Nazir onun ağır cəzaya məruz qalacağını deyib.
Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxsin İran vətəndaşı Yasin Hüseynzadə olduğu bildirilir.
Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirilib, daha iki nəfər yaralanıb.