“BakuBus”ın dövlətə vergi borcu 4 milyon manata yaxınlaşıb

“BakuBus” MMC-nin dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “BakuBus”ın 3 842 241.16 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 1 fevral 2023-cü il tarixinə qədər olandır.  15 yanvar 2023-cü il tarixinə isə BakuBus-ın vergi borcu 2 087 216.62 manat təşkil edirdi.

Xatırladaq ki, “BakuBus”ın nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər