10 mart 2023-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, hərraca Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 29 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi çıxarılıb.
Nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır.
Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64
Hərracda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları” tələblərinə və aşağıda qeyd olunan tələblərə cavab verən Hüquqi şəxslər iştirak edə bilərlər
- Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınmasına xüsusi lisenziyası mövcud olan
- Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması sahəsində qüvvədə olan müqavilələri və 1 (bir) təcrübəsi mövcud olan
- Mühafizə olunan təhlükəsizlik qaydalarına cavab verən şəxsi dayanacağı mövcud olan
- Sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçmiş, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar tələblərinə uyğun zəruri biliklərə malik olmalıdırlar