Azərbaycanda sənaye üzrə istehsalçıların qiymətləri indeksi (Producer Price Index) 2023-cü ilin yanvarında aylıq ifadədə 0.6%, illik ifadədə isə 4.7% təşkil edib.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinad edir.
Qeyd edək ki, PPI – istehsalçıların satdıqları mal və xidmətləri üzrə qiymətlərin dəyişməsini göstərən indeksdir.
Dekabr ayında istehsalçı qiymətləri indeksi aylıq 7.9% azalmışdı və yanvar ayında 0.6% əslində şirkətlər üçün yenidən xərclərin artmasını göstərən indeksdir. Bu xərclərin artması gələcək zamanda ölkədə inflyasiya qiymətlərinin artmasını dəstəkləyir.
Lakin bir faktı qeyd edək ki, 2022-ci ilin ilk ayında sənaye üçün PPI 11% artım göstərmişdi.
Ən böyük qiymət artımları isə metal filizlərin hasilatı 2.7% olmaqla metal filizi hasilatında qeydə alınıb.
Ölkə pərakəndə ticarət dövriyyəsinin 50%-dən çoxunu təşkil edən qida məhsullarının istehsalı indeksi isə 1.1% azalıb.
Xatırladaq ki, yanvarda istehlak qiymətləri indeksi ərzaq üçün 1.3% artıb.
| İqtisadi fəaliyyət növləri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi | |
| (əvvəlki aya nisbətən, faizlə) | |
| Yanvar | |
| Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi | 100.6 |
| neft-qaz sənayesi | 100.8 |
| qeyri neft-qaz sənayesi | 99.7 |
| Mədənçıxarma sənayesi | 101.3 |
| xam neft və təbii qaz hasilatı | 101.3 |
| metal filizlərin hasilatı | 102.7 |
| daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı | 100.2 |
| Emal sənayesi | 98.9 |
| qida məhsullarının istehsalı | 99.3 |
| içki istehsalı | 100.7 |
| tütün məmulatlarının istehsalı | 100.2 |
| toxuculuq sənayesi | 98.3 |
| geyim istehsalı | 99.7 |
| dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı | 100.0 |
| ağac emalı və ağacdan məmulatların istehsalı | 100.0 |
| kağız və karton istehsalı | 100.0 |
| poliqrafiya fəaliyyəti | 100.2 |
| neft məhsullarının istehsalı | 97.0 |
| kimya sənayesi | 98.9 |
| əczaçılıq məhsullarının istehsalı | 100.0 |
| rezin və plastik kütlə məmulatlarının istehsalı | 100.3 |
| tikinti materiallarının istehsalı | 100.0 |
| metallurgiya sənayesi | 100.3 |
| maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı | 99.8 |
| kompüter və digər elektron avadanlıqların istehsalı | 100.1 |
| elektrik avadanlıqlarının istehsalı | 100.0 |
| maşın və avadanlıqların istehsalı | 100.0 |
| avtomobil və qoşquların istehsalı | 100.0 |
| mebel istehsalı | 100.0 |
| zərgərlik məmulatları, musiqi alətləri, idman və tibb avadanlıqlarının istehsalı | 101.1 |
| maşın və avadanlıqların quraşdırılması və təmiri | 102.1 |
| Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 100.0 |
| Su təchizatı; tullantıların təmizlənməsi və emalı | 100.0 |






