14 C
Baku
Saturday, November 23, 2024

2022-də Azərbaycanın ən çox və ən az pul yatırılan rayon/şəhərləri açıqlandı – Siyahı

Azərbaycanın 2022-ci ildə iqtisadi rayonlarına yatırılan sərmayenin məbləği məlum olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ənənəvi olaraq ən böyük yatırımlar Bakı şəhərinə edilib. Paytaxtda bu göstərici 10 milyard 202 milyon manat təşkil edib.

Digər yerlərdə isə Naxçıvan şəhəri (941 milyon 469 min manat), Zəngilan rayonu (730 milyon 714 min manat), Şuşa rayonu (682 milyon 149 min manat), Cəbrayıl rayonu (613 milyon 90 min manat) tutur.

Ötən il Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən, Azərbaycanda ən az yatırım edilən rayonlar sırasında ilk üçlükdə Naftalan, Şahbuz və Yardımlıdır. Müvafiq olaraq Naftalana 1 milyon 24 min manat, Şahbuza 2 milyon 654 min manat, Yardımlıya 2 milyon 971 min manat investisiya yatırılıb.

1 4 2 7 3 4

Son xəbərlər
Digər xəbərlər