14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanla Rusiya arasında qarşılıqlı investisiya qoyuluşlarının həcmi 9 mlrd. dollara çatıb

Ötən il imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 30 illik diplomatik münasibətlərin yüksək səviyyədə olmasını göstərir. Bununla yanaşı, ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin də təşkil olunması diplomatik əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib və bu görüşlərdə yüksək dinamika müşahidə olunub.

Bunu Azərbaycan Respublikasının XİN rəhbəri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra təşkil edilmiş mətbuat konfransı zamanı deyib. “Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrdə də stabil və pozitiv dinamika görülür. Bu baxımdan, ötən il də yüksələn temp görüldü və biz ticarət dövriyyəsinin 34 faiz artmasının şahidi olduq və dövriyyə 4 milyard dollara çatıb. Diplomatik münasibətlərin qurulmasından keçən 30 il müddətində qarşılıqlı investisiya qoyuluşlarının həcmi 9 milyard dollara çatıb. Ticari-iqtisadi əlaqələrin inkişafına parlamentlərarası iqtisadi komissiyaların da fəaliyyəti və ötən il Bakıda baş tutan 20-ci yubiley iclas müsbət təsir göstərib”, – nazir qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər