22 C
Baku
Thursday, October 3, 2024

“Baku Hospitality Group” məhkəməyə verildi

“AL Cond” MMC “Baku Hospitality Group” Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

Banker.az xəbər verir ki, “AL Cond” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

“AL Cond” MMC ilə “Baku Hospitality Group”  MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

Paytaxtın iki mehmanxanası və beş restoranı Baku Hospitality Group-un himayəsindədir. Baku Hospitality Group 2017-ci ildə otelçilər tərəfindən yaradılıb.

Onu da qeyd edək ki, “AL Cond” MMC 2010-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vaqif Ələkbərovdur.

 

Son xəbərlər
Digər xəbərlər