Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib.
Bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.
“Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma missiyanın fəaliyyətini tənzimləyən sazişi gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşmamız var “, – Paşinyan bildirib.