27 mart 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dekabank” KB ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Banker.az xəbər verir ki, daşınmaz əmlak, Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 64 ünvanında yerləşən (ü/s 50,40 kv.m) qeyri-yaşayış sahəsidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 80000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)