Çərşənbə axşamı Cənubi Koreyanın mərkəzi bankı – Korea Bankı gözlənildiyi kimi, hələ də yüksək inflyasiya, yavaşlayan iqtisadiyyat və artan maliyyə qeyri-müəyyənliyindən qaynaqlanan ziddiyyətli risklərlə üzləşsə də, ardıcıl ikinci iclasda faiz dərəcələrinin parametrlərinə toxunmadı.
Banker.az xəbər verir ki, Koreya Bankının yeddi üzvdən ibarət pul siyasəti komitəsi uçot faiz dərəcəsini fevralın 23-də olduğu kimi 3.50% səviyyəsində dəyişməz olaraq saxlamaq üçün səs verib.
Qeyd edək ki, 40 iqtisadçıdan 39-u sabit saxlayacağını və biri isə 25 baza bəndi artıma gedəcəyini proqnoz etmişdi.
Koreya Bankı 2021-ci ilin avqustunda monetar siyasətində sərtləşdirmə kampaniyasına başladıqdan sonra ilk dəfədir ki, ardıcıl iclaslarda siyasət dərəcəsini sabit saxlayır.
Bu xəbər dollar/Korea vonu (USD/KRW) cütlüyünə bir o qədər təsir etmədi. USD/KRW hazırda 1320 səviyyəsindədir. 2023-cü ilin əvvəli dolların qlobal ucuzlaşması fonunda korea vonu bahalaşaraq 1230 səviyyələrinə qədər bahalaşmışdı.