11 C
Baku
Monday, November 25, 2024

AQTA “Days” otelindəki restoranda nöqsanlar aşkarladı

7 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 3 ticarət müəssisəsi, o cümlədən 12 aptek və 16 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 14 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 9, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 10, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət müəssisələri
1 “Mega” market Göyçay şəhəri, H.Əliyev prospekti 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
Apteklər
2 “Siyəzən Nəriman” aptek Siyəzən şəhəri, H.Əliyev küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 “Alyaska” aptek Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 “Loğman” aptek Masallı şəhəri, 20 Yanvar küçəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
5 “9/17” aptek Masallı şəhəri, Dadva kəndi, ev 25 Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
6 “Şəms” aptek Bərdə rayonu, Ü.Hacıbəyov küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7 “Zeytun” aptek Bərdə rayonu, Ü.Hacıbəyov küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8 “Xədicə” aptek Göyçay şəhəri, H.Əliyev prospekti 67b Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
9 “Days” otelində restoran Xətai rayonu, Babək prospekti, ev 21/99 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10 “Sarayeva” pub Xətai rayonu, Sarayeva küçəsi, ev 20 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
11 “Bakı” kafesi Xətai rayonu, Sarayeva küçəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
12 “Shaurmacı” restoranı Xətai rayonu, Sarayeva küçəsi, ev 20 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
13 “Ləziz” dönər evi Siyəzən şəhəri, H.Əliyev küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
14 “Buta” restoranı Siyəzən şəhəri, H.Əliyev prospekti 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər