Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 480 ABŞ dollarını ötüb.
12 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 480.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (463.5 dollar) ilə müqayisədə 3.6% çoxdur.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.