16 C
Baku
Wednesday, October 30, 2024

“Ziraat Bank Azərbaycan”ın mənfəəti 63% artıb

“Ziraat Bank Azərbaycan” ASC 2023-cü ilin I rübünü 3 milyon 335 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 2 milyon 51 min manat təşkil edib ki, bu da illik müqayisədə 63% artım deməkdir.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir

Yanvar-mart aylarında “Ziraat Bank Azərbaycan”ın gəlirləri 13 milyon 530 min manat (illik müqayisədə 32.3% çox), xərcləri 7 milyon 73 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 617 milyon 409 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 17% çoxdur. Bunun 326 milyon 484 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 2.8% böyüyüb.

Hesabat dövründə “Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 506 milyon 755 min manat, depozit portfeli 391 milyon 915 min manat, balans kapitalı isə 110 milyon 653 min manat olub.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99.98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0,01 %-i Ziraat Teknoloji ASC  şirkətinə, 0.01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

z1

z2

Son xəbərlər
Digər xəbərlər