Azərbaycan Respublikası Auditorlar Palatası ölkədə daha bir yeni yaradılmış audit şirkətinin bazarda iştirakı üçün lisenziya təqdim edib.
Banker.az xəbər verir ki, Palata 18 aprel 2023-cü ildən başlayaraq “Rasional Audit” Məhdud Məsuliyyətli Cəmiyyətinə 4 il müddətinə lisenziya təqdim edib.
“Rasional Audit” MMC audit şirktəti 2023-cü ilin 3 aprel tarixində Elfaq Seyidov Eynur oğlu tərəfindən 50 manat nizamnamə kapitalı ilə təsis edilib.
Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman, ev 35A ünvanında dövlət qeydiyyatındadır.
Seyidov Elfaq Eynur oğlu buna qədər “Music Gallery” şirkətinə İcraçı Direktor vəzifəsinə idi.
Qeyd edək ki, Elfaq Seyidov daha öncə isə Optimal Elektronika mağazalar şəbəkəsinin Audit departamentinin direktoru və Maliyyə direktoru vəzifələrində çalışıb.
Onu da bildirək ki, Seyidov Elfaq Eynur oğlu əmək fəaliyyətinə 2004-cu ildə SOCAR-ın struktur bölməsi olan Azneft İB-də başlayıb. 2010-cu ilə qədər iqtisadçı və mühasib vəzifələrində çalışıb. 2010-cu ildən 2020-ci ilədək SOCAR-ın struktur bölmələrinin birində Maliyyə və vergilər şöbəsinin rəisi vəzifəsində işləyib.
O, bir çox iri həcimli şirkətlərin daxili audit yoxlamalarını həyata keçirib. Həmçinin, Elfaq Seyidov 2009-cu ildən ACCA DipİFR (Diploma in International Financial Reporting) təlimlərinin və digər ACCA təlimlərini tədris edir.