2023-cü ilin yanvar-mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 90.5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Bildirilir ki, bu, 2022-ci ilin yanvar-mart ayının göstəriciləri ilə müqayisədə 72.4 milyon ABŞ dolları və 44.4% azdır.
Ötən ilin eyni dövründə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı 162.9 milyon dollar təşkil edib.