13 C
Baku
Saturday, November 23, 2024

Avropada qaz ucuzlaşmaqda davam edir

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 407 ABŞ dollarınadək enib.

4 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 407.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (418.4 dollar) ilə müqayisədə 2.7% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər