“PAŞA Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının sədri dəyişdib.
Banker.az-ın əldə etdiyi məlumata görə, şirkət səhmdarlarının qərarı ilə Rövşən Şamil oğlu Allahverdiyev Direktorlar Şurasının sədri təyin edilib.
O, bu vəzifədə Fərid Usad Məmmədovu əvzələyib.
Rövşən Allahverdiyev “Kapital Bank” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda isə Müşahidə Şurasının sədridir.
“PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40.25 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir. Səhmlərinin 100%-i “PASHA Holding” MMC-yə aiddir.