“WhatsApp” göndərilən mesajları redaktə edə biləcəyiniz “WhatsApp Web”in yeni beta versiyasını təqdim edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. İstifadəçilər mesajın mətnini göndərdikdən sonra beş dəqiqə ərzində qeyri-məhdud sayda dəyişə biləcəklər.
Mətnə düzəliş vermək üçün mesajın üzərinə tıklamaq və “Düzəliş et” düyməsini sıxmaq lazımdır. Siz həm şəxsi, həm də qrup söhbətlərində mesajları redaktə edə bilərsiniz. Gələcəkdə bu funksiya iOS və Android-də də əlçatan olacaq.
Bundan əvvəl “WhatsApp” messenceri “Windows” üçün yeni beta versiyasını buraxıb. Messencer bir sıra yeni funksiyaları, o cümlədən çatdan kənarda səsli mesajları dinləmək və yazışmalarda fon şəklini dəyişmək imkanı təqdim edib.