Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “İnfinitech” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Maliyyə Nazirliyinin video-müşahidə sistemlərinin işləkliyini təmin edən avadanlıqların, elektron poçt sistemi lisenziyalarının, həmçinin bir sıra yeni zəruri avadanlıq və lisenziyaların satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.027.466 manatdır.