Azərbaycan bankları bu ilin birinci rübündə ABŞ dollarını orta hesabla 1.6966 manatdan alıb, 1.7030 manata satıb.
Banklar hər 100 dolların alqı-satqısından 64 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42.2 % çoxdur.
Qeyd edək ki, 1 il bundan əvvəl banklar dolları 1.6979 manatdan alıb, 1.7024 manata satb, bununla da, hər 100 dolların alqı-satqısından 45 qəpik gəlir əldə edib.