Bu gündən mayın 29-dək paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Banker.az xəbər verir ki, təmir işləri ilə əlaqədar Nərimanov rayonu üzrə Azadlıq prospekti, Səbail rayonu üzrə Səməd Vurğun və Mehdi Hüseyn küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi, Bakı Dairəvi avtomobil yolu, Moskva prospektində, Tunellərin və yolötürücülərin təmizlənməsi və yuyulması ilə əlaqədar Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr və Atatürk prospektlərində müəyyən işlər nəzərdə tutulur.