14 C
Baku
Saturday, November 23, 2024

KİV: ABŞ və Çin gərginliyə baxmayaraq ticarət danışıqlarını davam etdirir

ABŞ və Çin ticarət nümayəndələri iqtisadi və ticarət mübahisələrini müzakirə edirlər. Bu, gərginliyə baxmayaraq, iki dövlət arasında münasibətləri sabitləşdirmək üçün ilkin səylərin əlaməti kimi qiymətləndirilir.

Belə ki, söhbət Detroytda (ABŞ) keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Konfransı çərçivəsində ABŞ Prezidenti Cozef Baydenin yüksək səviyyəli ticarət nümayəndəsi Ketrin Tay və Çinin ticarət naziri Van Ventaonun görüşündən gedir.

Həmin vaxt ABŞ rəsmisinin ofisi Pekinin Amerika şirkətlərinə qarşı hərəkətləri, eləcə də Çinin iqtisadiyyat və ticarət siyasətinə “qeyri-bazar” yanaşmalarından narahatlığını bildirib.

Öz növbəsində, Van Çinin Tayvanla bağlı narahatlığını, ölkəsində alış-veriş edən ABŞ şirkətlərinə tətbiq edilən “Tramp dövrü” tariflərini, Baydenin Çini istisna edən, infrastruktur, təchizat zəncirinin dayanıqlılığı və yaşıl enerjiyə diqqət yetirən ticarət razılaşması olan Hind-Sakit Okean İqtisadi Çərçivəsini vurğulayıb.

Bu görüş ABŞ Prezidentinin G7 sammitindən sonra münasibətlərdə qaçılmaz “istiləşmə” proqnozundan 5 gün sonra baş tutub. Bu, həm də yüksək çinli məmurun Vaşinqtona ilk səfəri zamanı Vanın ABŞ-ın ticarət naziri Cina Raymondo ilə danışıqlarından bir gün sonra baş verib.

Bundan əvvəl yüksək səviyyəli çinli diplomat münasibətləri sabitləşdirmək üçün may ayında Vyanada ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb.

Son xəbərlər
Digər xəbərlər