2023-cü ilin yanvar-aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 121.5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Bildirilir ki, bu, 2022-ci ilin yanvar-aprel ayının göstəriciləri ilə müqayisədə 1.7 dəfə azdır.
Ötən ilin eyni dövründə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı 208.4 milyon dollar təşkil edib.