Ötün gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 295 ABŞ dollarını ötüb.
7 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 296 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (275 dollar) ilə müqayisədə 7.6% çoxdur.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.