Azərbaycanda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulmasına görə cərimə məbləği artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliklə əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Hazırda isə həmin cərimənin məbləği 20 manatdır.