13 C
Baku
Saturday, November 23, 2024

5 ayda 250 minə yaxın vergi ödəyicisi qəbul edilib

Bu ilin yanvar-may aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 246 500 şəxs qəbul edilib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlara 467 463 sayda xidmət göstərilib ki, bunlardan 128 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 113 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 88 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

– bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

– qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

– vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

– sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;

– vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

– fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

– “ASAN İmza” sertifikatlarının verilməsi;

– vergi ödəyicilərinə arayışların verilməsi;

– vergi ödəyicisinin fəaliyyətinin bərpası;

– fiziki şəxsin uçotdan çıxarılması.

5 ay ərzində vergi ödəyicilərindən daxil olmuş 11,7 mindən çox yazılı müraciət cavablandırılıb, 6,5 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 841 minə yaxın SMS göndərilib.

Hesabat dövründə 1 625 vergi ödəyicisinin iştirakı ilə 119 görüş keçirilib, 2 038 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Son xəbərlər
Digər xəbərlər