3 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Nazirliyi fon bazarından illik 6% olmaqla 60 mln. manatlıq borc cəlb edir

20 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli dövlət istiqrazları 
Qiymətli kağızın ISIN kodu AZ0201040158
Emissiya həcmi  60 000 000 manat
Nominal dəyəri  100 manat
İstiqrazların tədavül müddəti 728  gün
Faiz ödənişləri (olduqda) 19 dekabr 2023-cü il, 18 iyun 2024-cü il 

17 dekabr 2024-cü il, 17 iyun 2025-ci il

Faiz gəliri 6%
Ödəmə tarixi                           17.06.2025
Anderrayter                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər