9 C
Baku
Monday, November 18, 2024

NATO-nun Baş katibi Türkiyə, İsveç və Finlandiya rəsmiləri ilə görüşəcək

NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüs sammitindən əvvəl (11-12 iyul – Qeyd) İsveçin alyansa daxil olması ilə bağlı razılığın əldə olunması üçün Brüsseldə Türkiyə-İsveç-Finlandiya üçtərəfli formatında yüksək səviyyəli görüş keçirəcək.

Bu barədə Baş katib Litvada keçirdiyi mətbuat konfransında deyib.

Yens Stoltenberq hər üç ölkənini rəsmiləri danışdığını vurğulayıb: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdım, Finlandiya və İsveç hökumətləri ilə əlaqə saxlayıram. Biz sammitdən əvvəl Brüsseldə yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəldik.

Bu görüşdə Xarici İşlər Nazirliyinin, xüsusi xidmət orqanlarının rəhbərləri, milli təhlükəsizlik müşavirləri iştirak edəcək. Bu görüşün məqsədi İsveçin NATO-ya daxil olması istiqamətində irəliləyiş əldə etməkdir”.

Son xəbərlər
Digər xəbərlər