14 C
Baku
Saturday, November 23, 2024

Rusiya Mərkəzi Bankı valyuta intervensiyalarını həyata keçirməyə hazırdır

Rusiya Mərkəzi Bankı valyuta intervensiyalarını həyata keçirməyə hazırdır.

Bunu Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.

Onun sözlərinə görə, valyuta intervensiyasının həyata keçirilməsi yalnız maliyyə sabitliyi riskləri zamanı mümkündür: “İndi belə risklər yoxdur”, deyə Rusiyanın baş bankiri vurğulayıb.

Qeyd edək ki, Rusiya rublu son iki ayda xarici valyutaya nisbətdə dəyər itirməyə davam edir. Bu gün Moskva birjasında 1 ABŞ dollarının məzənnəsi 93 rublu, 1 avronun məzənnəsi isə 102 rublu ötüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər