BMT taxıl müqaviləsini ən azı iki ay uzatmaq istəyini açıqlayıb. Dünya təşkilatının baş katibi Antonio Quterreş məktubunda Vladimir Putini müqaviləni ən azı Rusiya bankının törəmə bankı SWIFT-ə qoşulana qədər uzatmağa dəvət edib, bu barədə “Reuters” yazıb.
Taxıl müqaviləsinin müddətini uzatmaq üçün Aİ Rusiya Kənd Təsərrüfatı Bankına (Rosselxozbank) taxıl ixracı üzrə hesablaşmalar üçün SWIFT-ə qoşulacaq törəmə müəssisə yaratmağa icazə verilməsi imkanlarını öyrənir.
Bu təklif Rusiya məhsullarının dünya bazarlarına çıxışı üçün maneələrin aradan qaldırılmasını tələb edir. Taxıl müqaviləsinin müddəti iyulun 17-də başa çatır.
Bir il əvvəl Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Vladimir Putinin sözçüsü Dmitri Peskov iyunun sonunda bildirib ki, taxıl müqaviləsinin uzadılması üçün heç bir ilkin şərt yoxdur.